Azərbaycan çempionu müəyyənləşdi - Fotolar

azerbaycan-cempionu-mueyyenlesdi
Oxunma sayı: 2613

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, “Zirə” və “Birbaşa Bakı” komandaları həlledici matçda üz üzə gəlib. Eşqin Tağıyev və Təmkin Xəlilzadənin qolları ilə “Birbaşa Bakı” 2:0 hesablı qələbə qazanaraq çempion olub.

Azərbaycan çempionu olan “Birbaşa Bakı” komandasına medalları ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasının prezidenti Filip Çuda və Avropa Minifutbol Federasiyasının prezidenti Peter Klarik tərəfindən verilib. Sonda çempionluq kubokunu Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov qalib komandaya təqdim edib.

Qeyd edək ki, “Birbaşa Bakı” ötən il də Azərbaycan çempionu olmuşdu.