Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında həyata keçirilən sülhməramlı missiyada hərbi müşahidəçi qismində iştirak etmək üçün Cənubi Sudana göndərilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, keçən il noyabrın 30-da Silahlı Qüvvələrin 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Milli Məclisin qərarı qəbul olunub.
Son xəbərlər
Son Xəbərlər