“Qafqazinfo”nun məlumatına görə, dəyişikliyə əsasən, Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 318-2-ci maddə əlavə edilib:
“Maddə 318-2. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi;
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsi - üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır”.
Son xəbərlər
Son Xəbərlər