Azərbaycan cüdoçuları bürünc medal qazandılar

azerbaycan-cudoculari-burunc-medal-qazandilar
Oxunma sayı: 798

Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının komanda yarışları da Azərbaycan milli komandası üçün uğurlu olub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, cüdoçularımız əvvəlcə Latviya millisini 4:1 hesabı ilə məğlub edib. Polşa yığmasına 2:3 hesabı ilə uduzan milli komandamız təsəlliverici görüşlərə qatılıb. Burada Yunanıstan cüdoçularına qalib gələn idmançılarımız bürünc medal uğrunda görüşdə Fransa milli komandası ilə qarşılaşıblar.

Əsl əzmkarlıq nümayiş etdirən Azərbaycan cüdoçuları rəqibinə 3:2 hesabı ilə qalib gələrək Avropa çempionatının bürünc medallarına sahib olublar.