Azərbaycan cüdoçuları Çində finala çıxdılar

azerbaycan-cudoculari-cinde-finala-cixdilar
Oxunma sayı: 685


“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, avqustun 17-də Nancinqdəki “Longjian Gymnasium” sarayında keçirilən cüdo yarışlarında Namiq Qurbanlı birbaşa yarımfinal mərhələsində çıxış etmək şansı qazanıb. O, yarımfinalda belçikalı Jorre Verstreateni məğlub edərək finala çıxıb.

Cüdo yarışlaırndakı digər təmsilçimiz Leyla Əliyeva dörddə bir final mərhələsində qazaxıstanlı Saiyn Adiyanı, yarımfinalda isə rusiyalı Anastasiya Turçevanı məğlub edərək finala çıxıb.

Final görüşləri Bakı vaxtı ilə 15:00-dan sonra keçiriləcək.