Azərbaycan dərmanlar üçün 10 milyon ayırdı

azerbaycan-dermanlar-ucun-10-milyon-ayirdi
Oxunma sayı: 3149

Baş Nazir Əli Əsədov dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan vəsait ayrılması barədə sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 000 000 (on milyon) manat məbləğində vəsait ayrılıb.

Qeyd edək ki, Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etməlidir. 

Günel Türksoy