Azərbaycan diasporu bəyanat verdi

azerbaycan-diasporu-beyanat-verdi
Oxunma sayı: 1631

Azərbaycan-ABŞ Mədəniyyət Mərkəzi ABŞ-ın Helsinki Komissiyasının Azərbaycanda keçirilmiş Prezident seçkiləri ilə əlaqədar açıqlaması ilə bağlı bəyanat yayıb. 

Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bəyanat ABŞ Konqresinə göndərilib. Sənəddə Komsisiyanın Azərbaycanla bağlı açıqlamasının regionda təhlükəsizliyə təhdid yaratdığı qeyd edilib. Bildirilib ki, digər ölkələrlə müqayisədə, Azərbaycanda siyasi məhbus yoxdur, Azərbaycan vətəndaşlarının 70 faizdən çoxu internet istifadəçisidir və Azərbaycanda internet azaddır. 

Bəyanatda o da bildirilib ki, müasir dövrdə regionda çətin geosiyasi məkanda yerləşərək sabitlik və təhlükəsizlik ünvanı olan Azərbaycan dövləti öz xalqının iradəsi əsasında müstəqil siyasət yürüdür:  “Azərbaycan Respublikası və ABŞ arasında ortaq dəyərlər və maraqlara əsaslanan strateji tərəfdaşlıq əlaqələri mövcuddur. ABŞ Prezidenti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevin prezident seçilməsi ilə əlaqədar ünvanlandığı təbrik məktubu Azərbaycanın ABŞ üçün dəyərli tərəfdaş olduğunun göstəricisidir”.