2 Fevral- Gənclər Günü münasibətilə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və "ZADE-AI&ROBOTICS"in təşkilatçılığı ilə yüksək texnologiyalar və rəqəmsal marketinq təlimlərinə start verilir.
Diaspora Komitəsindən "Qafqazinfo"ya verilən məlumata görə, layihə çərçivəsində neyro marketing&branding (brendləşmə), startup management (startapların idarə edilməsi), python (data növləri ilə işləmə), machine learning (maşın öyrənmə) və süni intellekt sahələri üzrə təlimlər keçiriləcək.
2 aylıq təlim müddətini uğurla tamamlayan iştirakçılara təşkilatçılar tərəfindən sertifikatlar təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan diaspor nümayəndələrinin təlimlərdə iştirakı ödənişsiz təmin ediləcək.
Təlimlərin məqsədi xaricdə yaşayan azərbaycanlıların Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar prosesinə yaxından cəlb edilməsi, gənclərin müəlliflik etdiyi startap layihələrinin, onların intellektual və yaradıcı potensialının, biznes ideyalarının dəstəklənməsidir.
Son xəbərlər
Son Xəbərlər