“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, 1917-ci ildə İrəvanda anadan olan Qədir Süleymanov İkinci Dünya müharibəsi zamanı sovet ordusu sıralarında vuruşub, yaralanıb və əsir düşüb. Bir müddət əsir düşərgələrində qaldıqdan sonra o, Almaniyaya səfər edən Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın müdaxiləsi ilə əsirlikdən azad edilib.
Müharibə başa çatdıqdan sonra isə Qədir Süleymanov Fransanın paytaxtı Parisdə qalmağa qərar verib. O, Fransanın azadlığı uğrunda göstərdiyi şücaətə görə Fransa hökuməti tərəfindən bir çox mükafatlarla təltif olunub.
Qədir Süleymanov sentyabrın 19-da son mənzilə yola salınacaq. O, Parisdəki Monparnas məzarlığında torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!
Son xəbərlər
Son Xəbərlər