Mayın 7-də Azərbaycan dili fənni üzrə keçirilən test imtahanının nəticələri elan olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
İmtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib.
İmtahanda iştirakı nəzərdə tutulan 23 109 nəfərdən 470 nəfər imtahana gəlməyib.
Mayın 7-də keçirilən imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 25 may 2023‑cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2023-cü il 22-24 may tarixlərində DİM-in internet saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Son xəbərlər
Son Xəbərlər