Azərbaycan Dünya Çempionatına ev sahibliyi üçün müraciət edib

azerbaycan-dunya-cempionatina-ev-sahibliyi-ucun-muraciet-edib
Oxunma sayı: 1328


“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Qüdrət Qurbanov son illər yelkənli idman növünə gənc nəsil arasında marağın atdığını vurğulayaraq, Azərbaycanda yelkənli qayıq idman növünün yaranma və inkişaf tarixindən bəhs edib, qeyd edilən idman növünün Azərbaycan Respublikasında inkişaf etdirilməsi ilə əlaqədar Azərbaycan Yelkənli İdmanı Federasiyası tərəfindən hazırlanmış inkişaf planı, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib.

Qüdrət Qurbanov Azərbaycanın Xəzər dənizi sahillində yerləşməsini, xüsusilə də Bakı körfəzinin coğrafi mövqeyinin, doğma şəhərimizin küləklər diyarı olmasını, şəhərin ətrafında getdikcə artan turizm və istirahət zonalarının mövcudluğunu və bu idman növünün inkişafı üçün münbit şəraitin olduğunu qeyd edib.

Azərbaycan Respublikasının beynəlxalq səviyyəli yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan Qüdrət Qurbanov Bakı şəhərində mövcud olan hava şəraitinin yelkənli qayıq yarışlarının keçirilməsi üçün çox əlverişli olduğunu bildirərək, yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə yeniyetmələr arasında 2016-cı ildə keçiriləcək Dünya Çempionatına Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin ev sahibliyi etmək istəyi barədə məlumat verib.

Karlo Kroçe də öz növbəsində Azərbaycan Respublikasının belə bir təşəbbüslə çıxış etməsini çox müsbət qarşılayaraq, Azərbaycanın hazırkı vaxtadək ev sahibliyi etdiyi beynəlxalq idman yarışlarının yüksək səviyyədə keçirildiyini və 2015-ci ildə 1-ci Avropa Olimpiya oyunlarının Vətənimizdə keçirilməsinin beynəlxalq idman ictimaiyyəti tərəfindən Respublikamızda idman sahəsində görülən işlərə verilən qiymətin təsdiqinin bariz nümunəsi olduğunu bildirib.

Görüşün sonunda Qüdrət Qurbanov Beynəlxalq Yelkənli İdman Federasiyasının (İSAF) prezidenti Karlo Kroçeni Azərbaycana səfər etməyə dəvət edib.