“Qafqazinfo” xəbər verir ki, milli komandamız qrupu lider başa vurmaq üçün son matçını Serbiyaya qarşı keçirib və 3-2 hesablı əzmkar qələbə qazanıb. Bu qalibiyyət millimizə 8-ci xalı və qrupda liderliyi gətirib.
I setdə 25-19 hesabı ilə məğlub olan voleybolçularımız, II seti 25-18 hesabı ilə qalib başa vurublar. Lakin III set yenə də bizim üçün uğursuz alınıb. Çünki komandamız bu setdə 25-18 hesabı ilə məğlub olub. IV və həlledici V setdə (25-16),(18-16)təmsilçimiz qətiyyət nümayiş etdirərək oyunu öz xeyrinə yekunlaşdırıb. Beləliklə, Azərbaycan yığması bu ilin sentyabr və oktyabr aylarında İtaliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb
İqbal
Son xəbərlər
Son Xəbərlər