“Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır”

azerbaycan-dunyada-mina-ile-en-cox-cirklendirilmis-olkeler-arasindadir
Oxunma sayı: 1187

“Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır”.

“Qafqazinfo” xəbər verir ki, bunu martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında söyləyib.

Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra, yəni, 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb.