Azərbaycan əhalisinin sayı açıqlandı

azerbaycan-ehalisinin-sayi-aciqlandi
Oxunma sayı: 5976

Azərbaycan əhalisinin sayı ilə bağlı statistika açıqlanıb.

“Qafqazinfo” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 16812 nəfər və ya 0,2 faiz artıb. 2022-ci il may ayının 1-inə olan statistikaya görə, əhalinin sayı 10 milyon 173 min 178 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib. Kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.

Gülnar Əliyeva