Azərbaycan əhalisinin sayı açıqlandı

azerbaycan-ehalisinin-sayi-aciqlandi
Oxunma sayı: 4410

Azərbaycan əhalisinin sayı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il aprel ayının 1-i vəziyyətinə 10 138 585 nəfər təşkil edib.

Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.