“Azərbaycan əməliyyat şəraitinə nəzarət edir” - MN

azerbaycan-emeliyyat-seraitine-nezaret-edir-
Oxunma sayı: 1684

“Hazırda cəbhənin Tərtər istiqamətində vəziyyət stabildir və Azərbaycan silahlı bölmələri əməliyyat şəraitinə nəzarət edir”.

Qafqazinfo” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, ermənilər ötən gecə Tərtər şəhərini minaatanlardan və iriçaplı silahlardan atəşə tutublar:

“Nəticədə rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Ölən və yaralananlar yoxdur. Azərbaycan silahlı bölmələri düşmənin atəş nöqtələrinə və hərbi obyektlərinə cavab zərbələri endirib”.

Murad Əhməd