Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası keçirilib

azerbaycan-ermenistan-delimitasiya-komissiyasinin-novbeti-iclasi-kecirilib
Oxunma sayı: 2039

AzərbaycanErmənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayev Mqer Qriqoryan dövlət sərhədinin müəyyən edilməsi (delimitasiyası) üzrə iki ölkənin komissiyalarının birgə iclasını keçiriblər.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Komissiyanın sayca dördüncü iclası Ermənistan-Azərbaycan sərhədində keçirilib.

Ermənistan və Azərbaycan liderləri arasında müxtəlif formatlı görüşlərdə əldə olunan razılaşmalara əsasən, tərəflər bir sıra təşkilati və prosedur məsələlər də daxil olmaqla, delimitasiyanın aspektlərinin müzakirəsini davam etdiriblər.

Tərəflər, həmçinin iki komissiyanın növbəti iclasının gününü və yerini müəyyənləşdirmək üçün razılığa gəliblər.