“Qafqazinfo”nun Apasport.az saytına istinadən məlumatına görə, turnirdə Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxıstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edirlər. İlk yarış günündə qrup mərhələsinin görüşləri baş tutacaq. B qrupunda yer alan Cəmşid Xeyrabadinin yetirmələri növbəti mərhələyə vəsiqə qazanmaq üçün ilk turda ev sahibləri, ardınca müvafiq olaraq, Ermənistan, Koreya və Finlandiya komandaları ilə mübarizə aparacaq.
Yarışda ölkəmizi Taleh Məmmədov, Orxan Əhmədov (hər ikisi 59 kq), Azad Əliyev, Həsən Əliyev (hər ikisi 66 kq), Rüstəm Əliyev, Rəsul Çunayev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Şəhriyar Məmmədov, Saman Təhmasibi (hər ikisi 85 kq), Araz Həsənov (98 kq), Sabah Şəriəti və Valera Rodriqes (hər ikisi 130 kq) təmsil edəcək.
15 may
B qrupu
I tur
Koreya – Ermənistan
İran – Azərbaycan
II tur
Ermənistan – Azərbaycan
Finlandiya – Koreya
III tur
İran – Koreya
Finlandiya - Ermənistan
IV tur
Azərbaycan – Koreya
İran - Finlandiya
V tur
Azərbaycan – Finlandiya
Ermənistan – İran
A qrupu
I tur
Rusiya – Macarıstan
ABŞ – Türkiyə
II tur
Qazaxıstan – Rusiya
Macarıstan - ABŞ
III tur
Türkiyə – Rusiya
Qazaxıstan - Macarıstan
IV tur
ABŞ – Rusiya
Türkiyə - Qazaxıstan
V tur
Macarıstan – Türkiyə
ABŞ - Qazaxıstan
Son xəbərlər
Son Xəbərlər