Azərbaycan Ermənistanı buna görə məsuliyyətə cəlb edəcək

azerbaycan-ermenistani-buna-gore-mesuliyyete-celb-edecek
Oxunma sayı: 1892

Azərbaycan Ermənistanı irqi ayrı-seçkiliyin ləğv edilməsi haqqında Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edəcək.

"Qafqazinfo" xəbər verir ki, bunu özünün tvitter hesabında Azərbaycan Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov yazıb.

"Yaxın günlərdə biz Ermənistanı İrqi Ayrı-seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edəcəyik. İşğal zamanı 30 il ərzində azərbaycanlıların hüquqlarının pozulması qəbuledilməzdir", - deyə nazir müavini qeyd edib.