Azərbaycan Ermənistanı mat etdi

azerbaycan-ermenistani-mat-etdi
Oxunma sayı: 2664

Bu gün Krit adasında (Yunanıstan) şahmat üzrə Avropa komanda çempionatının 6-cı turu keçirilir.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bu turda Azərbaycanın kişi şahmatçılarından ibarət yığmasının rəqibi Ermənistan komandası olub.

Erməni şahmatçılara qarşı mübarizədə Levon Aronyan - Şəhriyar Məmmədyarov, Sergey Movsesyan - Teymur Rəcəbov, Qabriel Sarkisyan - Arkadi Naydiç və Qrant Melkumyan - Rauf Məmmədov cütlükləri qarşılaşıblar.

Levon Aronyan - Şəhriyar Məmmədyarov cütlüyündə azərbaycanlı şahmatçı qələbə qazana bilməyib. Arkadi Naydiç Qabriel Sarkisyanla xalları bölüşüb.

Sergey Movsesyan-Teymur Rəcəbov, Qrant Melkumyan-Rauf Məmmədov cütlüklərində isə həmyerlilərimiz qələbə qazanıblar: 2.5 - 1.5

Qeyd edək ki, yarış İsveçrə sistemi üzrə 9 turda keçirilir.