Azərbaycan Ermənistanı məğlub elədi

azerbaycan-ermenistani-meglub-eledi
Oxunma sayı: 637

Azerisport.az xəbər verir ki, 1/4 finala vəsiqə qazananlar arasında illi komandamızın 6 üzvü də var.

Bunlar Tural Əhmədov (52 kq), Pərviz Bağırov (60 kq), Coşğun Əliyev (64kq), Fəqan Hüseynov (69 kq), Rauf Rəhimov (75 kq) və Heydər Heydərovdu (91+kq).

1/8 finalda rinqə çıxan boksçularımızdan 3-ü erməni rəqiblərlə üz-üzə gəlib. Hər 3 görüş həmyerlilərimizin parlaq qələbəsi ilə başa çatıb. Əvvəlcə Tural Əhmədov Artur Nersisyanı rinqi məğlub tərk etməyə məcbur edib. Pərviz Bağırovun da qələbəsi yadda qalan olub. Həmyerlimiz Ukraynanı təmsil edən erməni əsilli boksçu Miger Ohanesyanı 2-ci raundda nokauta salıb. 69 kq çəki dərəcəsində yarışan Fəqan Hüseynov da erməni rəqibini rinqə çıxmağa peşman edib. Milli komandamızın üzvü Arayik Harutunyanı 14:8 hesabı ilə məğlub edib.

Gənclər arasında son qitə birinciliyinin gümüş mükafatçısı Rauf Rəhimov 1/8 finalda Türkiyə boksçusu Burhan Akçayla qarşılaşıb. 13:9 hesabı ilə qələbə qazanan həmyerlimiz növbəti mərhələyə yüksəlib. Coşğun Əliyev də komanda yoldaşının uğurunu davam etdirib. 64 kq çəki dərəcəsindəki təmsilçimiz Belarus idmançısı Mikita Şabelnik üzərində 20:9 hesabı ilə qələbə qazanıb. Avqustun 25-də 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Yarışa avqustun 27-də yekun vurulacaq.