“Azərbaycan əsgərlərinin o sözləri məni çox qürurlandırdı”

azerbaycan-esgerlerinin-o-sozleri-meni-cox-qururlandirdi
Oxunma sayı: 1816

“O vaxtlar çox uşaq idim. 22-23 yaşım var idi. Çox gözəl hisslər idi. Özümlə fəxr edirəm! Nə yaxşı ki, cəbhə bölgəsində oldum”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “Bir mahnının tarixçəsi” proqramında qonaq olarkən deyib.

Müğənni bəstəkar Cavanşir Quliyevin “Əsgər marşı” əsərindən danışarkən Qarabağ döyüşlərindən də söhbət açıb.

“Birinci dəfə müharibəyə könüllü olaraq getdim. Bu dəfə də döyüşlər başlayan zaman könüllü yazıldım. Azərbaycan əsgərləri dedi ki, ən sonuncu kişi öləndən sonra xanımlarımız əlinə silah alıb cəbhəyə gedər. Bu, məni çox qürurlandırdı”, - deyə Kazımova bildirib.