“Azərbaycan əsgərləri”nin təqdimatı oldu - Fotolar + Video

azerbaycan-esgerlerinin-teqdimati-oldu
Oxunma sayı: 3613

Region TV (RTV) Müdafiə Nazirliyinin dəstəyi ilə ərsəyə gətirdiyi “Azərbaycan əsgərləri” klipini təqdim edib.

“Qafqazinfo”nun məlumatına görə, vətənpərvərlik uğrunda yazılmış mahnının bəstəsi və ifası müğənni Səyyad Əlizadəyə məxsusdur.

Klipin yaradıcı heyətinin iştirakı ilə baş tutan təqdimat mərasimində vətənpərvərlik mözvusunda hazırlanmış layihələrin vacibliyindən danışlıb. Hazırki dönəmdə Azərbaycan hərbiçilərinin və vətəndaşların milli ruha köklənməsinin əhəmiyyəti vurğulanıb.

“Azərbaycan əsgərləri”nin sözləri şair Vaqif Bəhmənliyə, arajimanı Birhan Birəriyə məxsusdur. 2015-ci ilin noyabr ayında start verilən çəkilişlər cəbhə bölgəsində və digər hərbi hissələrdə aparılıb.

Müğənni Səyyad Əlizadə sözügedən layihə barədə açıqlama verib:

“Təqdimat mərasimində iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Şeiri mənə şair Vaqif Bəhmənli təqdim etdi, oxudum və göz yaşlarımı saxlaya bilmədim. Daha sonra bu şeirə musiqi bəstələməyim barədə qərara gəldim. Mahnı əvvəl 6 dəqiqə nəzərdə tutulmuşdu. Sonra isə nazirliklə belə qərara gəldik ki, mahnının vaxtını qısaldaq. Klipin çəkilişləri ötən ildən start götürüb, ən çox cəbhə bölgələrində reallaşıb”.

Fotolar: Nuran