“Qafqazinfo”nun məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki goal.com-a deyib.
O, Azərbaycan futbolunun potensialı olduğunu vurğulayıb:
“Azərbaycanda futbolun yaxşı gələcəyi ola biləcəyinə inanıram. Bu ölkədə bacarıqlı, gənc futbolçular var. Azərbaycanda futbolun inkişafı üçün ciddi işlər görür”.
Təcrübəli mütəxəssis bildirib ki, Azərbaycanın əsl futbol ölkəsi olacağına inanır: “Azərbaycan əsl futbol ölkəsi olmaq istəyir. Onlar yavaş-yavaş buna nail olacaqlar”.
Son xəbərlər
Son Xəbərlər