“Azərbaycan əsrlər boyu yəhudilərə qayğı ilə yanaşıb” - Video

“Azərbaycan əsrlər boyu yəhudilərə qayğı ilə yanaşıb”
Oxunma sayı: 1405

“Azərbaycan əsrlər boyu yəhudilərə qayğı ilə yanaşıb”.

“Qafqazinfo” “The Israel National News” portalına istinadən xəbər verir ki, bunu Almaniya Ravvinlər Konfransının Prezidenti Avichai Apel Strasburqda Avropa Şurasının Beynəlxalq Holokost qurbanlarının anım gününə həsr olunan tədbirdə deyib.

Ravvin Azərbaycanda yaşayan azərbaycanlılar və yəhudilər arasında qardaşlıq münasibətlərinin mövcud olduğunu və antisemitizmin olmadığını vurğulayıb. 

Apel, həmçinin Azərbaycanın Avropa ölkələrindən lazımi dəstək almadığını da diqqətə çatdırıb. O, Fransa Senatının Azərbaycanın qaz və neftinə embarqo qoyulmasına dair çağırışını xatırladıb.