Azərbaycanın “Eurosivion” üçün hazırladığı “postcard” çəkilişləri Heydər Əliyev adına Mədəniyyət Mərkəzində baş tutacaq.
“Qafqazinfo”nun məlumatına görə, 9-10 aprel tarixində Səmra və STV qrupu sözügedən çəkilişləri reallaşdıracaq.
Çəkiliş üçün Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin seçilməsinin səbəbi də açıqlanıb.
Səbəb Mədəniyyət Mərkəzinin dizayneri, 31 mart tarixində dünyasını dəyişən məşhur iraqlı memar Zaha Hadidin “Eurovision” səhnəsində anılmasıdır.
Zaha Hadidin ölümünə kədərlənən Azərbaycan təmsilçisi Səmra Rəhimli açıqlama verib:
“Onun mirasından ölkəmi tanıtmaq mənim üçün qürur vericidir. O, dünyanın ən güclü və ruhlandırıcı qadın memarıdır”.
Qeyd edək ki, Hadid tarixdə ilk memar qadındır ki, 2004-cü ildə Pritzker mükafatını qazanıb. O, dünyanın 15-dən çox ölkəsində muzeylər, komplekslər, biznes mərkəzləri və digər tikililərin banisidir. Belə ki, Bakıdakı Heydər Əliyev Mərkəzinin (2012) dizaynı ona məxsusdur.
Z. Hadid 2014-ci ildə Heydər Əliyev mərkəzinin dizaynına görə London muzeyinin mükafatına layiq görülüb.
O, Azərbaycan Memarlar İttifaqının Fəxri üzvü seçilib və akademik Mikayıl Hüseynov adına medalla təltif olunub.

Son xəbərlər
Son Xəbərlər