Azərbaycan filmi ABŞ-da ən yaxşı seçildi - Fotolar

Azərbaycan filmi ABŞ-da ən yaxşı seçildi
Oxunma sayı: 2464

Rejissor Şamil Əliyevin “Yaradanlar” bədii-sənədli filmi ABŞ-da “Only The Best Film Awards” beynəlxalq film festivalının “Ən yaxşı sənədli film mükafatına layiq görülüb.

Bu barədə "Qafqazinfo"ya rejissorun özü məlumat verib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası ilə əlaqədar müsabiqələrin nəticəsi onlayn formatda elan olunub.

Qeyd edək ki, “Yaradanlar” bədii-sənədli filmi dahi memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir. 

“Yaradanlar” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında 2020-ci ildə istehsal olunub. Filmin ideya müəllifi Elabay Qasımzadə, ssenari müəllifi Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri Nazim Hüseynovdur.