“Qafqazinfo”nun Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumatına görə, mükafatı təqdim etmək məqsədilə festivalın direktoru Elias Xlat filmin beynəlxalq distribütoru Nasrine Médard de Chardon ilə birgə Kann Beynəlxalq Film Festivalında təşkil olunan Azərbaycan pavilyonuna gəlib.
Mükafatı qəbul edərkən Azərbaycanfilm kinostudiyasının direktoru, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov qonaqlara təşəkkür edib və festivalla əməkdaşlığı davam etdirəcəyini bildirib.
Son xəbərlər
Son Xəbərlər