“Qafqazinfo”nun məlumatına görə, “qırmızı-qaralar” Afinada “Panatinaikos”un qonağıdır.
***
"Panatinaikos": Lyuk Stil, Giorgos Koutroumbis, Stathis Tavlaridis, Nano, Serxio Sançes, Bourbos, Zeka (k), Ninis, Daniel Pranyiç, Nikos Karelis,Markus Berq
Ehtiyat oyunçular: Kotsolis, Nikos Marinakis, Kloranidis, Nikos Kaltsas, Tassos Laqos,Abdul Ayaqun, Mladen Petriç
***
“Qəbələ”: Dmitri Bezotosnı, Stankoviç, Vitali Vernidub, Rikardinyo, Arif Daşdəmirov, Rəşad Sadiqov, Aleksey Qay, Sergey Zenyov, Ermin Zets, Dodo (k) , Aleksey Antonov
Ehtiyat oyunçular: Pietrzkieviç, Məhəmməd Mirzəbəyov, Elvin Camalov, Asif Məmmədov, Samir Zərgərov, Floresku, Qismət Alıyev.
***
Oyunun 6-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Dodo hesabı açır. Hesab 1:0 “Qəbələ”nin xeyrinədir.
***
Oyunun 34-cü dəqiqəsində rəqib komandanın futbolçusu Berq cavab qolunu vurur. Hesab 1:1.
***
Oyunda ilk hissə başa çatır.
***
Oyunun 60-cı dəqiqəsində "Qəbələ"nin futbolçusu Dodo ikinci qolunu vurur. Hesab 2:1 "Qəbələ"nin xeyrinədir.
***
Oyunun 78-ci dəqiqəsində rəqib futbolçu "Qəbələ"nin qapısından qol keçirir. Hesab 2:2.
***
"Qəbələ" səfərdən sərfəli nəticə ilə qayıtmağı bacarır. 2:2 hesabı ilə bitən oyundan sonra "Qəbələ" də Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.
Xatırladaq ki, bir neçə saat öncə Ağdam klubu "Qarabağ" da rəqibi, İsveçrə təmsilçisi "Yanq Boyz"a 3:0 hesabı ilə qalib gəlib və qrup mərhələsinə vəsiqə qazanıb. Bununla da eyni gündə keçirilən hər iki oyunun nəticələri Azərbaycan futbolu üçün qızıl tarix yazıb.
Son xəbərlər
Son Xəbərlər