“Azərbaycan futbolunda şərtlər daha yaxşıdır”

azerbaycan-futbolunda-sertler-daha-yaxsidir
Oxunma sayı: 1047

“Neftçi”nin yarımmüdafiəçisi Bruno Teluşi Azərbaycan və Albaniya futbolunu müqayisə edib.

“Qafqazinfo” xəbər verir ki, alban futbolçu “Panoramasport”a açıqlamasında Azərbaycan futbolunun səviyyəsi barədə danışarkən bunları söyləyib:

“Azərbaycan futbolu Albaniyadakından xeyli fərqlənir. Burada futbolun səviyyəsi yüksəkdir. Şərtlər isə bizdəki ilə müqayisədə daha yaxşıdır”.

Qeyd edək ki, ötən ilin oktyabrından “Neftçi”də çıxış edən 30 yaşlı oyunçunun “ağ-qaralar”la müqaviləsi cari mövsümün sonuna qədərdir.