Azərbaycan gəmiləri mürəkkəb əməliyyat keçirdilər

azerbaycan-gemileri-murekkeb-emeliyyat-kecirdiler
Oxunma sayı: 1636

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Andoqa” və “Lyutoqa” təchizat-yedək gəmiləri texniki baxımdan çox mürəkkəb yedəkləmə əməliyyatını uğurla həyata keçirib.

“Qafqazinfo” Trend-ə istinadən məlumat verir ki, Sinqapurun “Ezion Exerter Limited” şirkətinə məxsus, ağırlığı 12 min ton, hündürlüyü 130 metr olan yarımdalma qazma qurğusu bu gün səhər saat 7-də Xəzər dənizinin Türkmənistan şelfindəki təyinat nöqtəsinə çatdırılıb.

Azərbaycanda yığılmış qazma qurğusu, çətin hava şəraitinə baxmayaraq, 4 günlük keçid ərzində Bakı reydindən Türkmənistana yedəklənib.

Hazırda qazma qurğusu sifarişçiyə təhvil verilir. Qurğu Malayziyanın “Petronas” neft-qaz şirkəti tərəfindən istismar olunacaq.