Azərbaycan Gənc Müəllimlər Assosiasiyası yardım kampaniyasına start verdi

azerbaycan-genc-muellimler-assosiasiyasi-yardim-kampaniyasina-start-verdi
Oxunma sayı: 10389

Son günlərdə çoxsaylı elm və təhsil işçisi zəlzələdən zərərçəkmiş bölgələrə yardım məqsədilə müraciətlər edir, fərdi qaydada vəsaitlərin toplanması təşəbbüsünü irəli sürürlər. Minlərlə müəllimi birləşdirən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası elm və təhsil icmasının üzvlərinin könüllü yardım təşəbbüslərini sistemli şəkildə həyata keçirilməsi məqsədilə yardım kampaniyasına start verir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözlər Assosiasiyanın müraciətində qeyd olunub:

Əziz həmkarlar, aşağıda qeyd olunan vasitələrlə könüllü olaraq yardım kompaniyasına qoşula bilərsiniz:

1. Aşağıdakı keçidə daxil olmaqla onlayn qaydada ianə; Keçid: http://iane.agma.az/

2. İş yerinizdə ərizə yazmaqla yardım kompaniyasına ianə (əlavə olunan ərizəni dolduraraq, işlədiyiniz müəssisəsinin rəhbərliyinə və mühasibatlığına təqdim etməklə);

3. Bank köçürməsi yolu ilə ianə (əlavə olunan rekvizitləri çap edərək bank filialları vasitəsilə köçürmə etməklə);

Qaynar xətt: 051 206 79 71