İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, öncə məktəblilərin əl işlərindən ibarət narkomaniyanın fəsadlarını əks etdirən rəsmlərdən təşkil olunmuş sərgiyə baxış keçirilib. Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin məsul işçisi Ülvi Məcidov, Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Abbasov və rayon gəncləri iştirak edib. Elnur Qurbanov sürətlə inkişaf edən müstəqil respublikamızda sağlam cəmiyyətin qorunub saxlanılmasını daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu bildirib. Qeyd edib ki, bu qəbildən olan tədbirlərin keçirilməsində məqsədin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarətdir. “Bu ümumbəşəri bəla ilə mübarizə istiqamətində respublikamızda ciddi tədbirlərin görülmüşdür”.
Digər natiqlər narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə vurduğu fəsadlardan söz açıblar. Narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olduğunu bildiriblər.
Tədbiririn sonunda hər bir iştirakçıya narkomaniyanın fəsadlarını göstərən broşürlər paylanıb.
Son xəbərlər
Son Xəbərlər