“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov və digər qonaqlar iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov ölkəmizdə gənclərə belə yüksək dəyərin verilməsini Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinliklərin həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub.
Tədbirin sonunda rayon İcra hakimiyyəti tərəfindən rayonun ictimai həyatında fərqlənmiş gənclərə fəxri fərman və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.
Son xəbərlər
Son Xəbərlər