Qonşu ölkələrdən Ermənistan 78, Gürcüstan xeyli irəliləyərək 84-cü, Rusiya 148-ci, İran 173-cü, Türkiyə isə 154-cü pillədədir.
MDB ölkələri arasında liderlik 56-cı yerdə qərarlaşan Moldovanındır. “Ümumdünya Mətbuat Azadlığı İndeksi” ümumilikdə MDB ölkələrində göstəricilər ötən ildəkindən o qədər də fərqlənmir. Buna baxmayaraq, Moldova, Gürcüstan, Ermənistan və Qırğızıstanda hiss olunacaq dərəcədə plüralizm və qismən zəif dövlət senzurası müşayiət olunur. Eyni zamanda, sənəddə qeyd olunur ki, Gürcüstan və Ermənistanda ötən il baş tutan seçkilər əvvəlki illərlə müqayisədə daha sakit atmosferdə keçib.
İndeksdə liderlik Finlandiya, Niderland, Norveç, Lüksemburq və Andorraya məxsusdur, reytinq cədvəlini Somali, Suriya, Türkmənistan, Şimali Koreya kimi mətbuat azadlıqlarının ən çox “boğulduğu” ölkələr bağlayır.
Son xəbərlər
Son Xəbərlər