Azərbaycan Gorus-Qafan yolunda gömrük postları qurur - Yenilənib

azerbaycan-gorus-qafan-yolunda-gomruk-postlari-qurur
Oxunma sayı: 6295

Azərbaycan Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində gömrük postları və sərhəd prosedurlarını həyata keçirəcək nəzarət-buraxılış məntəqəsi quracaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məlumatı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində təsdiqləyib.

Proses noyabrın 11-dən başlanacaq. 

***

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə, Azərbaycan tərəfi Ermənistanı məlumatlandırıb ki, noyabrın 10-dan 11-nə keçən gecədən başlayaraq Gorus-Qafan yolunda sərhəd və gömrük nəzarəti həyata keçirməyə başlayacaq. O bildirib ki, Azərbaycan bu məqsədlə nəzarət-buraxılış məntəqəsi quraşdıracaq.

Onun sözlərinə görə, Ermənistan tərəfi də, həmçinin müvafiq addımlar atacaq və sözügedən yolda gömrük və sərhəd nəzarət məntəqələri yerləşdirəcək. Qriqoryan əlavə edib ki, Ermənistan artıq bu işə başlayıb. 

“Bununla yanaşı, İranı Ermənistan ilə bağlayan Qafan-Tatev yoluna asfalt vurulub”, - deyə o əlavə edib.