"Qafqazinfo"nun məlumatına görə, müsabiqənin təşkilatçısı "High Life Fashion & Model Academy” şirkətinin baş direktoru Aqil Məmiyev bildirib ki, mayın 23-də tanınmış məkanların birində müğənnilər və gözəllər birlikdə təşkil olunmuş partidə iştirak edəcəklər:
“Möhtəşəm gecədə çıxış etməyə ölkəmizin tanınmış uduzları dəvət alıb Zamiq Hüseynov, Emil Bedelov, Aysel Alizadə, Seyran Babayev, Dostlar qrupu, Aysel Əlizadə, Elçin Cəfərov, Elnarə Xəlilova, Elnar Xəlilov, Dostlar qrupu, Nura Suri, Cin (reper), ÜlkərQuliyeva, Sofiya Şah, Zarina Məmmədova, Ramal İsrafilov, Sevda Yehyayeva, Əli Məmmədli, Sevil və Sevinc bacıları, Avantaj qrupu, Mərdan Kazımov, Alov (Reper) və 42 yarımfinalçı gözəl iştirak edəcək.
Gecənin aparıcıları və tanınmış qonağları: Şəhriyar Əbilov, Samir Bayramlı, Elvin Mərdanov, Tural Ozan, Cavid Gul, Rəhman Rəsulov olacaq.
İlk seçim turunda iştirak edən xanımlarımıza Avropanın məşhur müğənnisi və bəstəkarı Toni Rey də solo konsert proqramıyla dəstək oldu. O, pozitiv əhvalıyla gecəyə xüsusi zövq qatımışdı.
Həmçinin onu da əlavə edək ki, gələn il də bu yarışmanın dünya müsabiqəsi ölkəmizdə planlaşdırılır”.
Təşkilatçı iyunun 1-də baş tutacaq yarım final mərhələsində dəyişiklər olacağını da bildirib:
“İyun ayının 1-də keçriləcək yarım finalda iştirak edəcək münsiflər heyətinin siyahısında ciddi dəyişikliklər var. Münsiflər heyətində Ruhi Əliyeva, Bülent Cantimur, Turan İşiqli, Nərgiz Cəlilova, Şəhriyar Əbilov, Hüsniyə Mürvətova, Ilqar Əliyev, Röya Ayxan, Murad Dadaşov, Mubariz Allahverdizadə, Aqil Məmiyev, Syama, Afaq Gəncəlinin yer alacağı planlaşdırılır”.
Son xəbərlər
Son Xəbərlər