Azərbaycan- Gürcüstan münasibətləriylə bağlı konfrans- - Fotolar

azerbaycan-gurcustan-munasibetleriyle-bagli-konfrans-
Oxunma sayı: 1066


“Qafqazinfo” xəbər verir ki, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin (ABAi İB) təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyi, “SOCAR-Georgia”, Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin dəstəyi ilə respublikamızda tanışlıq səfərində olan gürcü gənclərinin 30 nəfərlik heyətinin iştirakı ilə bugun BMM-də konfrans keçirildi. “Azərbaycan – Gürcüstan münasibətləri: gənclərin yeri və rolu” mövzusuna həsr olunan konfransda millət vəkilləri, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşanidze, Azərbaycan gənclər hərəkatının veteranları, ictimai fəal gənclər, KİV təmsilçiləri və b. iştirak edib.

Konfransı açıq elan edən millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, gürcü gənclərinin respublikamıza səfərinin məqsədindən söz açaraq, səfərin Azərbaycan və Gürcüstan gəncləri arasında daha sıx körpülərin qurulması, Gürcüstan gənclərinin Azərbaycanı və həqiqətlərimizi daha yaxından tanıması, bilməsi və yeni əlaqələrin, əməkdaşlıqların qurulması baxımından faydalı olacağını qeyd edərək, Gürcüstanlə gənclərinin bu səfərinin ümumən tariximiz, mədəniyyətimiz ilə daha yaxından tanışlıq xarakteri daşıdığını deyib.

Q.Paşayeva, iki dost ölkəni və xalqlarımızı bir çox böyük layihələrin – o cümlədən, “Bakı-Tiflis-Ceyhan”, “Bakıl-Tiflis-Ərzurum”, “Bakı-Supsa” neft-qaz, “Bakı-Tiflis-Qars” dəmir yolunun, elektrik xətlərinin, tarixi ipək yolunun birləşdirdiyini, lakin ilk növbədə dostluq, strateji müttəfiqlik dəyərləinin birləşdirdiyini vurğulayıb. O deyib: “Biz mehriban qonşular, sadiq dostlarıq. Bu mehribanlıq və dostluq tarixin dərinliklərindən süzülüb gəldiyi kimi, bizim dövrdə ulu öndər Heydər Əliyevin Gürcüstanla münasibətlərin inkişafına verdiyi xüsusi önəm və həyata keçirilən böyük işlər sayəsində daha inkişaf etmişdir. Bugün də, cənab prezidentimiz İlham Əliyev öz Gürcü həmkarı ilə sıx əməkdaşlıq edərək, münasibətlərimizin daha da güclənməsinə töhfələr verməkdədir. Cənab prezidentin Azərbaycan şirkətlərini Gürsüstana inverstisya yatırmağa çağırmasının ardınca neçə dövblət və özəl şirkətin Gürsütsanda irimiqyaslı layihələrə başlayıb.

Ayrıca qeyd etməliyik ki, Heydər Əliyev Fondu, şəxsən Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Gürsütanda, Fondun missiyasına uyğun yaddaqalan layihələr gerçəkləşdirilib.

Siz gənclərin də əsas vəzifələrindən biri tarixə, bugünə hörmət bəsləyərək, gələcəyə hazırlanmaqdı...

Gürcüstanlı gənclər Azərbaycandan, bakıdan zəngin təəsüratlarla ayrılacaqlarını, Azərbaycanlı qonaqpərvərliyini unutmayacaqlarını söyləyiblər.

Qarşılıqlı hörmət ifadə edən çıxışlar, geniş fikir mübadiləsi, maraq doğuran məsələlərə dair mülahizələrin səsləndirilməsi ilə müşiyət olunan konfransın sonunda Gürcüstanlı gənclərə hər iki ölkənin qoşa bayraqları, Azərbaycan mədəniyyətini əks etdirən suvenirlər, habelə Azərbaycan həqiqətlərinin əks olunduğu “film-kataloq” və digər elektron-materiallar, xatirə hədiyyələri təqdim olundu.