Azərbaycan-Gürcüstan sərhədinin bağlanması müddəti artırıldı - Rəsmi

azerbaycan-gurcustan-serhedinin-baglanmasi-muddeti-artirildi
Oxunma sayı: 5428

Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 13 mart tarixində qəbul edilmiş dövlət sərhədinin müvəqqəti bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadılıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Qafqazinfo"ya verilən məlumata görə, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz fəaliyyət göstərir.