Azərbaycan hərbçiləri Amerikaya gedəcək

azerbaycan-herbcileri-amerikaya-gedecek
Oxunma sayı: 642

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan-ABŞ iş planına əsasən, avqustun 10-dan 14-dək San-Antonioda Quru Qoşunları Komanda Qərargah Akademiyasında kurslar təşkil ediləcək. Eyni zamanda, Azərbaycan hərbiçiləri San-Antonioda avqustun 10-dan 20-dək piyada zabitin təməl kursunda iştirak edəcəklər. Azərbaycan-ABŞ iş planına əsasən, həmçinin avqustun 10-dan 26-dək San-Antonioda piyada kapitanları kursu təşkil ediləcək.

Digər tədbirlər aşağadakılardır:

- Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən
08-12.08.2011 xüsusi təyinatlılar üçün maneələri dəf etmək üzrə təlimatçı kursu Eğirdir, Isparta, Türkiyə,

- Azərbaycan-Litva ikitərəfli hərbi əməkdaşlıq planına əsasən
08.08.2011-15.06.2012 Birləşmiş Komandanlıq və Baş Qərargah kursu Tartu, Estoniya

- Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən
08.08.2011 – 26.05.2012 Hərbi Dəniz Qərargah kursu
Lahor, Pakistan

- Azərbaycan-Türkiyə İkitərəfli hərbi əməkdaşlıq planına əsasən
15-26.08.2011 Partlanma üsulları, mina və tələ-minalar üzrə kurs İzmir, Türkiyə

Azərbaycan-Litva ikitərəfli hərbi əməkdaşlıq planına əsasən
22.08-23.12.2011İngilis dili kursu Vilnus, Litva

Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən
22-26.08.2011Qüvvə planlaşdırılması üzrə ekspert danışıqları
Bakı, Azərbaycan

Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 22.08.-09.09.2011 Əməliyyat atıcılığı kursu Vişkov, Çexiya

Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən 23-26.08.2011 Beynəlxalq sülhməramlı missiyalar üzrə təcrübə mübadiləsi və “ISAF” əməliyyatları ilə bağlı əldə edilmiş təcrübələr mövzusunda seminar Potsdam, AFR

Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən
29.08.2011 – 07.04.2012 Tərəfdaş Zabitlərin Sualtı Əsas Əməliyyat kursu Kəraçi, Pakistan.