Hərbçilərimiz Britaniya Müdafiə Nazirliyinin kursunu başa vurdular - Fotolar

herbcilerimiz-britaniya-mudafie-nazirliyinin-kursunu-basa-vurdular
Oxunma sayı: 1556

“General Həsənovun dəvəti ilə Müdafiə Nazirliyinin bütün təlimatçılarına kursun sonunda sertifikatlar təqdim etmək məni çox məmnun etdi. Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən təqdim edilən Partlayıcı Təhlükələrdən Məlumatlılıq kursunu uğurla başa vurdular”.

"Qafqazinfo" xəbər verir ki, bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld tviter hesabında paylaşıb.

O bildirib ki, Azərbaycan hərbçiləri Britaniya Müdafiə Nazirliyinin Partlayıcı Təhlükələrdən Məlumatlılıq kursunu uğurla başa vurub.