Azərbaycan hərbçiləri NATO tədbirlərində

azerbaycan-herbcileri-nato-tedbirlerinde
Oxunma sayı: 837

İyulun 24-dən 30-dək Əmman şəhərində (İordaniya Haşimilər Krallığı) NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində "məsləhətçi görüş", iyulun 25-dən 29-dək isə Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) birgə təlim keçmə imkanları üzrə konfrans keçiriləcək.

“Qafqazinfo” Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.