Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda - Video

azerbaycan-herbcileri-pakistanda-herbi-paradda
Oxunma sayı: 4873

Pakistanda rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, paradda fəxri qonaq qismində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.