Azərbaycan HHQ “Anadolu Qartalı-2023”də iştirak edəcək

azerbaycan-hhq-anadolu-qartali-2023de-istirak-edecek
Oxunma sayı: 1562

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.

“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mayın 2-də başlayacaq təlimə Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri cəlb olunacaq.

Azərbaycan, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İngiltərə nümayəndələrinin iştirakı ilə keçiriləcək beynəlxalq təlim mayın 23-dək davam edəcək.

Həmçinin oxuyun: В Дашкесане проведено офтальмологическое обследование - Фото