Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.
Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlis Braun ilə görüşüb.
Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlüksizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıb.
Görüşdə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim də iştirak edib.


Son xəbərlər
Son Xəbərlər