Azərbaycan himni yerinə Ermənistan himni səsləndirildi- - Video

azerbaycan-himni-yerine-ermenistan-himni-seslendirildi-
Oxunma sayı: 4871



“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, yeniyetmələrin yarışında Eyvaz Baxşıyev (48 kq), Rəşad Dünyamalıyev (52 kq), Namiq Abbaslı (56 kq), Mirsahib Əzizov (60 kq), Elvin Cəlilov, Asim Əhmədov (hər ikisi 65 kq), Elçin Sadıxov, Yusuf Yusufov (hər ikisi 81 kq) və Aslan Mirzəyev (87 kq) mübarizə aparır. 
Gənclər arasında isə Şakir İsmayılov (48 kq), Fərid Qardaşxanov (57 kq), Kamran Əsgərov (62 kq) və Natiq Sarıyev (68 kq) yarışır.

Dünən Avropa Çempionatında xoşagəlməz hal yaşanıb. Belə ki, 62 kiloqram çəki dərəcəsində çıxış edən azərbaycanlı idmançı Kamran Əsgərov finalda erməni rəqibi Volodya Sarqsyanı məğlub etsə də, mükafatlandırma mərasimində Ermənistanın himni səsləndirilib. 

Azərbaycan himni yerinə Ermənistanı himinin səsləndirildiyinə görən Kamran Əsgərov çaşqınlıq içində düşmən ölkənin himnini sona qədər dinləməyə məcbur olub. Himnin səhv səsləndirildiyini görən təşkilatçılar bir neçə dəqiqəlik müzakirələrdən sonra Azərbaycanın himnini səsləndiriblər.