“Azərbaycan humanitar yardımın yeni paketini təqdim etməyə hazırdır”

azerbaycan-humanitar-yardimin-yeni-paketini-teqdim-etmeye-hazirdir
Oxunma sayı: 2510

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın növbəti yardımı haqda danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Volodimir Zelenski dünənki videomüraciətində bildirib.

“Azərbaycan humanitar yardımın yeni paketini, xüsusən də minalardan təmizləmə texnikasını təqdim etməyə hazırdır. Minatəmizləmə bizim tərəfdaşlarımızla əməkdaşlığımızın vacib istiqamətlərindən biridir”, - deyə Ukrayna lideri əlavə edib.