Azərbaycan I Divizionunun qalibi müəyyənləşdi

azerbaycan-i-divizionunun-qalibi-mueyyenlesdi
Oxunma sayı: 2539

Azərbaycan I Divizionunda 2021/22 mövsümünün qalibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, “Qaradağ Lökbatan” XXII turun oyunlarından sonra çempionluğu təmin edib.

Bakı klubu öz meydanında “Zaqatala” üzərində qələbə qazanıb – 2:0.

Bununla da paytaxt təmsilçisi xallarının sayını 50-yə çatdırıb. Digər komandalar üçün əlçatmaz olan “Qaradağ Lökbatan” çempionatın sonuna 4 tur qalmış 1-ci yeri və qızıl medalları təmin edib. Bu, klubun tarixində ikinci belə uğurdur. Bakılılar 2011/12 mövsümünün də qalibi olub.