Azərbaycan içki ixracını 2 dəfədən çox artırıb

azerbaycan-icki-ixracini-2-defeden-cox-artirib
Oxunma sayı: 696

Bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 5.727 mln. ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK) Report-a verilən məlumata görə, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 3,215 mln. dollar və yaxud 2,3 dəfə çoxdur.

Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,2%-ni təşkil edib.

3 ay ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 10,311 mln. dollar olub. Bu isə 1 il əvvələ nisbətən 4,18 mln. dollar və yaxud 68,2% çoxdur.

Bu məhsulların idxalı ölkənin ümumi idxalında 0,7%-lik paya malik olub.