Azərbaycan icması Torontoda piket keçirib - Fotolar

azerbaycan-icmasi-torontoda-piket-kecirib
Oxunma sayı: 1910

Kanadanın Toronto şəhərində yaşayan Azərbaycan icması Ermənistanın törətdiyi son təxribatlara və apardığı təcavüzkar siyasətə etiraz məqsədilə piket keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, aksiya “Vətən” Mədəniyyət və İncəsənət Mərkəzinin təşkilatçılığı ilə şəhərin izdihamlı Mel Lastman meydanında baş tutub.

Azərbaycan, Türkiyə və İsrail bayraqlarının dalğalandırıldığı piketdə dost xalqların nümayəndələri, o cümlədən yəhudi və türk icmalarının üzvləri də iştirak ediblər.

Aksiya iştirakçıları müxtəlif şüarların əks olunduğu plakatları nümayiş etdiriblər.

Aksiyada çıxış edən soydaşlarımız şəhər sakinlərinə “Azərbaycan dayanıqlı sülh istəyir” tələbinin əks olunduğu bukletlər paylayıblar. Bukletlərdə Azərbaycanın tarixi torpaqlarında Ermənistanın apardığı işğalçılıq siyasəti haqqında məlumat verilib.

Aksiya zamanı Toronto şəhərinin mərkəzi küçələrində Azərbaycan həqiqətlərinin əks olunduğu LED ekranlı avtomobil hərəkət edib. 

Qeyd edək ki, Ermənistanın sentyabrın 12-13-də Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatlara etiraz əlaməti olaraq dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən müxtəlif aksiyalar keçirilib, nüfuzlu beynəlxalq təşkilatlara və dünya liderlərinə müraciət və bəyanatlar göndərilib.